Fariz Quliyev: “Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək”

BMT-nin iqlim dəyişikliyi proqramı çərçivəsində COP29 benəlxalq tədbirini keçirməyə hazırlaşır

Fariz Quliyev: “Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək”

BMT-nin iqlim dəyişikliyi proqramı çərçivəsində COP29 benəlxalq tədbirini keçirməyə hazırlaşır. Azərbaycan artıq bir neçə dəfə uğurla beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu işlərə prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəxsən nəzarət edirlər. Təcrübəli dövlət xadimləri olan hər iki lider yaxşı bilirlər ki, bu tədbir keçirilən günlərdə, “dünyanın ürəyi Azərbaycanda döyünəcək”.

Bu məqsədlə bütün qurumlara müvafiq tapşırıqlar verilib. Hər kəs yaxşı başa düşür ki, bu tədbir yüksək şəraitdə keçirilməlidir. Başqa sözə ehtiyac yoxdur.

Biz vətənpərvər jurnalistlər də çalışmalıyıq ki, bu ərəfələrdə Azərbaycanın haqq səsini dünyaya çatdıraq. Axı məhz həmin vaxt Azərbaycanda çoxlu qonaqlar olacaq. Bunların içərisində təxribatçı jurnalistlər də böyük yer tuturlar.

bunu 44 günlük Vətən müharibəsində də gördük.

Prezidentimiz hər gün təxminən onlarca müsahibələr verdi. Təxribat dolu suallara, siyasi cavabları elə dəqiqliklə verdi ki, təxribatçı jurnalistlər başlarını aşağı dikib, “suları süzülə-süzülə” getdilər.

İndi də təxminən o vaxtlardı.

Nəzərə alsaq ki, Ermənistanın baş naziri Paşinyan da dəvət olunub, deməli hər cür təxribata hazır olmalıyıq. Bu birmənalıdır!

30 il kimlərinsə dəstəyi ilə Ermənistan Azərbaycanın Qarabağ adlanan bölgəsini işğal altında saxlayıb. 2020-ci ildə bu dilbər guşəmizi erməni vandallarından azad etmişik. Bu da təbii ki, ermənilərin havadarlarına ağır gəlir. Ona görə də, hər bir təxribata hazır olmalı, lazım gələrsə, canımızı belə əsirgəməməliyik.

Yaşasın uzaqgörən rəhbərimiz cənab prezident İlham Əliyev, yaşasın dünyanın sülh xanımı Mehriban xanım Əliyeva, yaşasın Azərbaycan Dövləti və Xalqı!

Fariz Quliyev

“Araz Media” Qrupunun baş redaktoru

cop

Mənbə: Fariz Quliyev: “Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək”