HƏMAS İsraillə razılaşmaya hazır olduğunu AÇIQLADI

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı “ İsraillə razılaşmaya açıqdır”

HƏMAS İsraillə razılaşmaya hazır olduğunu AÇIQLADI

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı “ İsraillə razılaşmaya açıqdır”.

Arazmedia.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərəkatın yüksək vəzifəli nümayəndəsi məlumat yayıb. 

Qeyd olunur ki, HƏMAS-ın Qətərdəki siyasi bürosunun üzvü Hussam Badran razılığın əldə olunmasının mümkün olduğunu təsdiqləyib.

Badranın sözlərinə görə, qrupun tələbləri aydındır: İsrailin baş naziri Benyamin Netanyahu “artıq razılaşdırılmış şeyi həyata keçirməyi öhdəsinə götürərsə” razılaşma mümkündür.

Bir müddət əvvəl CNN Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılığa gəlmək üçün Qətərin paytaxtı Dohada İsrail və HƏMAS vasitəçiləri arasında danışıqların yeni raunduna başlandığını bildirmişdi.

Mənbə: HƏMAS İsraillə razılaşmaya hazır olduğunu AÇIQLADI