Bakıda bir neçə dönərxananın fəaliyyəti dayandırıldı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində keçirilən monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıra dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb

Bakıda bir neçə dönərxananın fəaliyyəti dayandırıldı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən istehlak bazarına nəzarət məqsədilə ictimai iaşə obyektlərində keçirilən monitorinqlər zamanı Bakıda fəaliyyət göstərən bir sıra dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Yoxlama zamanı bəzi dönərxanaların qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Bu barədə Arazmedia.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Qeyd olunub ki, bunlar Yasamal rayonu, H.Cavid prospekti və A.Sultanova küçəsinin kəsişməsində yerləşən “Kasap Dönər” MMC-yə məxsus “Kasap Dönər”, Nizami rayonu, “Xalqlar dostluğu” metrostansiyasının çıxışında yerləşən, fiziki şəxs Sadıqov Faiq Xudaverdi oğluna məxsus “Dadlı”, həmin rayonun Q.Qarayev prospekti 28 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Taleh Mübariz oğluna məxsus “Pomidor” və Q.Qarayev prospektində yerləşən, fiziki şəxs Əhmədov Elməddin Mütəllib oğluna məxsus “Halal Dönər”, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Salmanov Tariyel Hafiz oğluna məxsus “Tatti” və həmin rayonda S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Quliyev Mehdi Kərim oğluna məxsus dönərxanalarıdır.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Mənbə: Bakıda bir neçə dönərxananın fəaliyyəti dayandırıldı