**Sahil Babayevin heyvanların sağlamlığına münasibəti**

Bir neçə həftə bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bəzi deputatların əhaliyə xəstə heyvanlar verilməsi ilə bağlı iddialarına etiraz etdi

**Sahil Babayevin heyvanların sağlamlığına münasibəti**
Bir neçə həftə bundan qabaq əmək və sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxış edərək bəzi deputatların xəstə heyvanların verilməsi ilə bağlı iddialarına etiraz etdi. O, konkret olaraq deputat Siyavus Novruzun xəstə heyvanlarla bağlı çıxışının əsassız olduğunu bildirdi. Nazirin sözlərinə görə, təqdim olunan hər bir aktiv, hər bir heyvan haqqında video-çəkiliş aparılır və təqdim olunma günündə onlar sayta yerləşdirilir.
S. Babayev əlavə etdi ki, bu zaman Qida Təhlükəsizliyi Agentliyinin idxal sənədləri, xəstəlik, sağlamlıq, baytarlığa dair bütün sertifikatları da olur. “İstənilən fərd bizə demədən özləri daxil olub, ad-soyadini daxil edib saytda baxa, orada yerləşdirilən video-çəkilişləri görə bilərlər”, - deyə nazir vurğuladı. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi istər xaricdən, istərsə də daxili bazardan alinan heyvanlari yoxlayıb, onlara sağlamlıq arayışı verir. Daha sonra həmin heyvanlar 15 gün karantinə alınırlar. Məhz bundan sonra vətəndaşlara paylanılır.
Sahil Babayev Milli Məclisdəki çıxışında əsaslandırdı ki, vətəndaşlara verilən heyvanların xəstə olmamasına görə əmək və sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məsuliyyət daşımır. Bütün məsuliyyət Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşür. O, dolayısı ilə bildirdi ki, əgər vətəndaşlara verilən heyvanlar xəstədirsə, yaxud yeni sahibinin evinə çatdıqdan az sonra ölürsə, buna Qida Təhlükəsizliyi Agentliyi cavab verməlidir.

Maraqlıdır ki, qarşı tərəf - Qida Təhlükəsizliyi Agentliyi nazirin bu ittihamlarını nə dərəcədə əsaslı hesab edir? Bu və digər suallara cavab tapmaq üçün Qida Təhlükəsizliyi Agentliyinə göndərdik. Agentliyin “Hürriyyət”in sorğusuna verdiyi cavabı oxucularımıza təqdim edirik:
“Müraciətinizə cavab olaraq bildiririk ki, xaricdən keçə bilən xəstəliklərdən qorunmaq üçün nəzarət tədbirləri görülür. Heyvanlar idxaldan sonra baytarlıq müayinəsindən keçir. Sağlam olduğu təsdiqləndikdən sonra təyinatı üzrə daşınır. Daşınma zamanı müvafiq sertifikatla təmin edilir.”
“Yemləmə, saxlama və zoogigiyenik şəraitlə bağlı təmin edilməsi heyvan sahibindən aslıdır ki, tələbatda bu amillər rol oynayır.”
“Qeyd edək ki, bu heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkar olunmamışdır”.
Qida Təhlükəsizlik Agentliyinin bu cavabından başa düşülür ki, burada bütün məsuliyyəti AQTA-nın üzərinə atmaq olmaz. Görünür, Sahil Babayev öz məsuliyyətini kimlərəsə bölüşmək istəyir. Necə deyərlər, “çəhənnəmə gedən özünə yoldaş axtarar”. Amma Qida Təhlükəsizlik Agentliyinin cavabından da aydın olur ki, bu qurum ancaq xaricdən gətirilən heyvanlara sağlamlıq arayışı verir. Yerli bazardan alınan heyvanlar isə AQTA-nın iştirakı olmadan, məhz nazirlik əməkdaşlarının nəzarəti altında xəstəliyə paylanılır. (Hurriyyet)
Jalə FAMILQIZI