"Sumqayıtın Yaşıllaşdırma İdarəsində İddialar"

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi “SAFFIRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə davam etdirir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında hazırlanan bu məqalədə qeyd olunan faktların aidiyyəti orqanlar tərəfindən təxirəsalınmaz araşdırılması zəruriyyəti yaranmışdır. Redaksiya olaraq bu istiqamətdə apardığımız araşdırmanı saytımız vasitəsilə də təkrar ictimailəşdiririk.
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi daim əməkdaşlıq etdiyi “SAFFIRA PLUS” adlı MMC var. Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin MMC ilə bağlı sorğu məktubuna aldığımız cavabda deyilir:
“SAFFIRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin məxsus məlumatların təqdim edilməsi barədə sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFIRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşlı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızıdır. Dövlət reyestrində “SAFFIRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Qilisoltanlı kəndidir.
Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFIRA PLUS” MMC Azərbaycanın Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqoriyası üzrə fəaliyyət göstərir.
Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixli göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFIRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixdə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.
5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi, “SAFFIRA PLUS” MMC Nazirlərin Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqoriyası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilir.
Amma Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi, cəmi iki nəfər işçisi olan “SAFFIRA PLUS” MMC ilə son bir ildə 8 satınalma müqaviləsi bağlanıb. İkisi 2023-cü ildəsə, altısı 2024-cü ildədır.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 290.870 manat məbləğində satınalma müqaviləsi 13.12.2024-cü ildədə bağlanıb. Bununla yanaşı, digər müvafiq müqavilələr 292.994 manat, 289.690 manat, 294.292 manat, 293.230 manat, 283.672 manat və 279.660 manat dəyərində bağlanmışdır.
Maraqlıdır ki, cəmi iki nəfər işçisi olan MMC bu sifarişləri necə yerinə yetirir. Burada tenderlərin keçirilməsində pərdəarxası, görünməyən məqamlar var. Belə ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi “Saffira Plus” MMC ilə satınalma müqaviləsi bağlayıb və sifarişlərin yerinə yetirilməsi üçün vəsaitləri köçürür. İşi ya Yaşıllaşdırma İdarəsinin işçiləri görür, ya da “Saffira Plus” MMC işi başqa bir subpodratçı şirkətə verir. Ortada isə hər iki halda da dövlətin milyonları talanır.
Daha əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, bu satınalmalarla bağlı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə ümumilikdə məhəl qoymur. Burada hər il eyni qanunsuzluqlar təkrar olunur. Həm də aşkar. Media orqanlarında, sosial şəbəkələrdə bu kimi hallarla bağlı çoxsaylı yazılanlara baxmayaraq.
Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin rəhbəri İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləyib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdır. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri isə Hüseyn Həsənovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğludur.
Aktualinfo.org
Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinə yaşıllıqların salınması işlərini görən “Saffira Plus” MMC Neftçala rayon İcra Hakimiyyəti ilə bir sıra malların satın alınması üzrə 61.820 manat, Neftçala rayon İcra Hakimiyyətinin başçısının Neftçala şəhər İnzibati ərazi Nümayəndəliyinə isə iş mal-materialların satın alınması üzrə 55.219,87 manat məbləğində satınalma müqavilələri bağlayıb. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
```