"AZAL Təyarəsi Qəzaya Uğrayıb: Qəhrəman Pilotlar!"
Dekabr ayının 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb
Dekabr ayının 25-də Bakı-Qroznı istiqaməti üzrə marsrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada 38 nəfərin həlak olduğu bu hadisədə, təyyarənin pilotları və digər ekipaj üzvlərinin sücaəti sayəsində 29 sərnişin xilas olub. Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəm kapitani İqor Ksnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər dörd fərqli bölgədə dəfn edilib. Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edərək onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimindən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Öz müsahibəsində ölkə başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin sücaətini xüsusi olaraq vurğulayıb. "Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər," - deyə o qeyd edib. Pilotların həm peşəkarlıq, həm də qəhrəmanlıq göstərərək idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etdiklərini vurğulayan İlham Əliyev, "Baxmayaraq ki, pilotlar təcrübəli idilər və bilirdilər ki, onlar bu qəzadan sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün maksimum dərəcədə böyük qəhrəmanlıq göstərdilər," deyərək onların fədakarlığını önə çəkib. Müsahibədən dərhal sonra ölkə başçısı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və sücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq qeyd edilib ki, pilotların və bələdçilərin yüksək peşəkarlığı, sücaəti və cəsurluğu sayəsində təyyarə qəzaya eniş həyata keçirib və 29 sərnişin xilas edilib. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, sücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Ksnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökümə Əliyevaya ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib, digər ekipaj üzvləri Zülfiqar İsmayılov və Aydan Rəhimli isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar. Bununla da ölkə rəhbərimiz öz qəhrəman övladlarının qəhrəmanlığını və sücaətini xüsusi qeyd edib.