"Müzəffər Pirizadənin qanunsuz fəaliyyəti ifşa olundu"
Bir neçə gün əvvəl redaksiyamıza göndərilən və maraqlı iddiaların yer aldığı bir məqaləni diqqətinizə təqdim edirik. Həmin məqalədə maraqlı faktlar da var idi ki, sonradan böyük rezonansa səbəb oldu.
Son bir neçə aydır ki, Dövlət Sərhəd Xidməti (DSX) və bu xidmətdəki problemlərlə bağlı ölkə mətbuatında müntəzəm məlumatlar yer almaqdadır. Bu qurumla bağlı ən maraqlı faktlardan biri DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə bağlıdır.
Bir neçə ildir ki, DSX Sahil Mühafizəsinin rəisi kimi Xəzər dənizində at oynadan Müzəffər Pirizadə, qanunsuz balıq ovundan milyonlarla manat məbləğində vəsait qazanmışdır. Amma generalın yeganə gəliri balıqla məhdudlaşmır. Müzəffər Pirizadə həm də Xəzər dənizində batan gəmilərdən böyük pullar əldə etməkdədir. Dəmir isbazları ilə sövdələşən general, onların dənizdə batan gəmiləri çıxarmasına, bu gəmilərin “metallom” kimi satılmasına şərait yaradır. Ekvəzində, bu iş birliyindən külli miqdarda gəlir qazanır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, Müzəffər Pirizadə batan gəmilərlə bağlı sidirgi alverini öz rəhbərliyindən - Xidmət rəisi Elçin Quliyevdən gizli şəkildə həyata keçirir. Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazansa da, dövlət büdcəsinə bu fəaliyyətlərdən bir qırıq da olsun vəsait daxil olmur. Bütün pullar general tərəfindən təkbaşına mənimsənilir. Müzəffər Pirizadə qanunsuz pullar hesabına ailə üzvlərinin, yaxın çevrəsinin gün ağlayır.
Generalın Müsfiq və Araz adındakı qardaşları heç yerdə işləmədikləri halda, "Range Rover" və digər bahalı marka avtomobillər sürür, bahalı otellərdə kef edirlər. Gəlin yazımızda Müzəffər Pirizadənin Pirallahı və Nargin adalarındakı “çirkli fəaliyyəti” haqqında maraqlı məlumatlar verəcəyik.
***
Qeyd edək ki, bu yazıda iddia olunanlarla bağlı qarşı tərəfin rəyini öyrənməyə çalışsaq da, görünür, deyəcəkləri olmadiğından daha çox hədəf dili ilə danışmaq fikrinə düşüblər ki, bununla bağlı redaksiyamıza edilən telefon nömrələrini də qeyd almışıq. Bu azmış kimi hörmətli Müzəffər Pirizadə cənabları "TikTok" səhifəmizi də TROL ATİSINa tutaraq özü haqqında müsbət fikirlər yazdırmağa daha çox maraqlı göründü. Sanki bu yolla deyilənləri təkzib olunmuş oldu.
Özü haqqında müsbət rəy yazdıran generala bu işin əslində bir neçə şəxslər tərəfindən xidmət olaraq göstərildiyi də şübhəsizdir. Yəni, ənənəvi üsulla kimlərsə Pirizadəni aldadaraq "Bu problem həll olunub" qənaətini formalşdırmağa çalışıblar. Problem isə ciddidir və təbii ki, görünən qurumlar yuxarıda iddia olunanları araşdıracaqlar. Bu zaman isə "cənab general, görürsünüz, xalq sizi sevir... rəylər nə qədərdir" deyə yazanlar da kömək etməyəcək, onların absurd rəyləri də heç nəyə yaramayacaq.
Biz isə araşdırmalarımızı davam etdiririk və bu yöndə yeni yazımız olacaq. Bizi izləməyə davam edin...
P.S. ... onu da qeyd edək ki, həmin o trolların rəylərinin bəzilərində öz ailələrinə aid söyüslər var ki, biz də eyni qaydada onlara və əzizlərinə söyüş edirik...(Dia-az)
```