"Bosanma və aliment məsələlərində yeni dəyişikliklər"
Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib
```html
Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərin izahını Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmələrə Hüquq Surasının üzvü Sənan Hacıyev təqdim edib. Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, həmçinin ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir. S.Hacıyev Plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb: "Artıq uşaqlara ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə birgə öz həllini tapa biləcək. Uşaqlarla ünsiyyətə dair mübahisələr yarandıqda, uşaqlardan ayrı yaşayan valideyn bu barədə tələbləri ayrica iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək." Həmçinin, məhkəmələr mübahisə predmetləri üzrə valideynin uşağı ilə ünsiyyət hüququnun müəyyən olunduqdan sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydanın dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq. Bununla əlaqədar ərizə təqdim ediləcək və həmin ərizəyə MPM-in 231-ci maddəsinə əsasən 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzunmüddətli məhkəmə çıxışlarına yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər. Əvvəlki təcrübədən fərqli olaraq, icra məmurları uşaqlarla ünsiyyət barədə qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olunacaqlar və valideynlər özü qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaq. Bu, ki, qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək. Bundan başqa, yeni qaydalar uşaqlardan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq. "Sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, əmək haqqının müəyyən misli həddində göstəriləcək. Bu qayda alimentin məbləğinin minimum əmək haqqının artımına uyğun olaraq mütəmadi şəkildə indeksasiyasına imkan verəcək və vətəndaşlar artıq yaşayış minimumu xərclərinin yüksəlməsi əsasında davamlı olaraq alimentin artırılmasına dair iddia qaldırmaq məcburiyyətində qalmayacaqlar. Belə ki, tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciət zərurəti olmadan artacaq. Bu qayda uşaqların üstün mənafeyinin qorunmasına xidmət edəcək." Alimentin artırılmasına dair mübahisələr üzrə qəbul edilmiş qətnamələrdə artırılmış alimentin tutulmasına başlanması artıq əvvəlki kimi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, bu barədə ərizənin məhkəməyə verildiyi tarixdən hesablanacaq. Bu hal cavabdeh tərəfin artırılmış həddə alimentin tutulması vaxtını uzatmağa yönəlmiş davranışlarının qarşısını almaqla yanaşı, uşaqların vaxtında zəruri maddi təminat alması hüququnu təmin edəcək. Uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə tələbi də müstəqil iddianın qaldırılması yolu ilə deyil, daha sadə və qısa prosedur olan, qətnamənin icra qaydasında ərizənin verilməsi yolu ilə öz həllini tapa biləcək." ```