"Asadzade Sanan" sirkətinə avtomobil sifarişi şikayəti!

Mən, 4 sentyabr 2024-cü il tarixində Asadzade Sanan şirkəti ilə müqavilə bağlayıb Honda CRV 2024 model avtomobil sifariş etdim və növbəti gün də avtomobilin tam ödənişini Çinə ödədim

"Asadzade Sanan" sirkətinə avtomobil sifarişi şikayəti!
```html

M?n, 4 sentyabr 2024-cü il tarixində "Asadzade Sanan" şirkəti ilə müqavilə bağlayıb Honda CRV 2024 model avtomobil sifariş etdim və növbəti gün də avtomobilin tam ödənişini çin ödədim. Sifarişin üstündən təxminən 2 həftə keçəndən sonra mənə məlumat verildi ki, bu həmin maşınla bağlı sifarişlər qəbul olunmur zavod tərəfindən. Səbəbini soruşduqda tutarlı səbəb bildirmədilər və digər avtomobil sifariş etməyi təklif etdilər. İkisi halda ödənişimin 2 həftə sonra qaytarılacağını bildirdilər.

Məni BYD model avtomobilin sifariş edilməsini tövsiyə etdilər. Nəticədə, Honda CRV üçün ödədiyim ödənişin əvzinə birinin Bakı təhvili qiyməti 12700 dollar olmaqla 2 ədəd BYD Destroyer 05 sifariş olundu. Üstəlik, hər maşına görə 200 dollar da xidmət haqqı ödədim. Daha sonra çatdırılmanın konteynerlə olacağını bildirdilər, amma konteynerlə gətirilən avtomobillərin çatdırılma zamanı konteynerin iç divarlarına dəyməklə zədələndiyini əsas gətirərək avtomobilləri avtovozla gətirəcəklərini bildirdilər.

Ödənişimin üstündən 140 gün keçəndən sonra avtomobillər 25 yanvar tarixində Meyvəli terminalına gəlib çatdı. Lakin reklamlarında avtomobillərin maksimum 45-60 gün ərzində ölkəyə çatdırıldığını bildirirdilər. Üstəlik, məndən hər maşına görə əlavə 50 manat da avtovoz açılışı üçün ödəniş tələb edildi. Halbuki mən müqavilə bağlayanda konteyner və ya avtovoz açılışı puluna ehtiyac olmayacağı bildirilmişdi.

Daşınma zamanı avtomobillər uzun müddət Xorqosda (Çinin Qazaxstanla sərhədində olan sərhəd-buraxılış məntəqəsi) saxlanıldı. Şirkət tərəfindən sənədləşmə düzgün aparılmadığı üçün çatdırılmanı həyata keçirən qazaxıstanlı sürücünün adına etibarnamə yazıb xarici dilə tərcümə etdirib şirkətə təqdim etdim. Bundan sonra avtomobillər sərhədi keçə bildi.

Bir sözlə, 140 gün ərzində bu şirkət məni çox yordu, dəfələrlə ofislərində oldum, uzun mübahisələrimiz oldu. Amma heç birinin xeyri olmadı. Təxminən hesablamalarıma görə avtomobilim biri mənə 24500 manata başa gəlir, hazırda bazarda yenisinin satış qiyməti 23500 manatdır. Sözümün canı odur ki, aşağı qiymətlərə aldanıb "Asadzade Sanan" şirkəti vasitəsilə avtomobil sifariş ETMƏYİN. Əks halda, aylarla əsəbləriniz korlanacaq. Dedikləri sözün üstündə dayanmırlar, hər dəfədə müxtəlif əsassız bəhanələr gətirib insanı hövsələdən çıxarırlar. Zamanla bağlı da absurd şərtləri var...

Dia.az

```