Fuad Məmmədovun cinayət işindəki rolu mübahisəlidir!

Aqil Babayevin müdafiəçiləri və ailə üzvlərinin verdiyi məlumatlar şok bir faktın üzə çıxmasına səbəb olub

Fuad Məmmədovun cinayət işindəki rolu mübahisəlidir!
```html

Aqil Babayevin müdafiəçiləri və ailə üzvlərinin verdiyi məlumatlar, sok bir faktın üzə çıxmasına səbəb olub. Bu və digər məqamlara diqqət çatdırırıq:

Cinayət işi materiallarını incələdikdə, qarşılaşdığımız mənzərə bütün bu cinayət işinin böhdan obraz olaraq Fuad Məmmədovun ətrafında qurulduğunu göstərir. İşin materiallarını tam şəkildə araşdırdıqda və bu qurama işin “zərərçəkmiş” şəxslərinin ifadələri ilə yanaşı, şahid qismində iştirak edən şəxslərin ifadələrini təhlil etdikdə, Fuad Məmmədovun adının əsas fiqurant kimi hallandığını şahidi oluruq. Əgər bu işin sabah qanuni müstəvidə araşdırılması baş tutsa, cinayət əməlini planlayan və icra edən əsas fiqur kimi məhz Fuad Məmmədovun ön plana çıxdığı açıq şəkildə görünəcək.

Həm “zərərçəkmiş”, həm də şahidlərin verdiyi ifadələrdə böhtan xarakterli məlumatları Fuad Məmmədovdan eşitdiklərini bildirmələri və onu mötəbər mənbə kimi təqdim etmələri açıq şəkildə görünür.

Sual ondadır ki, “zərərçəkmiş” qismində təqdim olunduğu bu cinayət işində bütün məsuliyyətin əslində Fuad Məmmədovun öz üzərində olduğu barədə onun məlumatı varmı?! Görünən odur ki, bu böhtan xarakterli cinayət işinin baniləri olan Natiq Sadiqov və Anar Aslanov, işin planlaşdırdıqları məkanda cərəyan etmədiyi təqdirdə Fuad Məmmədovu qurban verəcəkləri ideyasını onun özü ilə razılaşdırmış olmalıdırlar. Belə olduğu halda, Fuad Məmmədov və onun ətrafında toplanan “zərərçəkmiş” dəstə, gələcəkdə hansı məsuliyyəti cəlb olunacaqlarının fərqindədirmi?!

Əks təqdirdə, bu üç nəfər və onların ətrafında toplananlar, onların üzərində qurulan daha məkrli bir planın iştirakçıları və qurbanları olduqlarından xəbərsizdirlər. Ailə üzvləri və tanışlarla apardığımız söhbətlər əsnasında, bu mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilən əməl, məhz Fuad Məmmədovun doğum tarixindən bir gün öncə, yəni 8 İyun tarixində baş verməsi fakti maraq doğurur. Görünür, kimsə, Fuad Məmmədova simvolik olaraq doğum günü öncəsi “hədiyyə” hazırlayıb.

Hədiyyə deyərkən, təbii ki, həqiqətən araşdırıldığı halda bütün bu cinayət planının “banisi” kimi məsuliyyəti cəlb olunmasını nəzərdə tuturuq. Görünür “Shaurma N1”-dən gələn çeşid azuqə dolu qutular Məmmədovun gözünü bağlayıb və düşüncələrini dumanlandırıb. Əks halda, belə bir təhlükə qarşısında olduğu durumda həyatı malla güzəşt etməzdi.

Belə acınacaqlı sonluqla qarşılaşmamaq üçün, 20 ildən artıq bir müddətdə tanıdıqları Aqil Babayevin bağ evinə hücum çıxmazdan öncə, onları bu məkrli plana sürükləyən şəxslərin niyyətini tam şəkildə dərk etməli idilər.

??????Cumhuriyyet.az

```