"Sahil Babayevin Maliyyə Nazirliyi: Sosial Narazılıqlar"

Son günlər yerli mediada Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin yaxın günlərdə Maliyyə naziri vəzifəsinə təyin olunacağı barəsində şayiələr gəzirdi ki, artıq bu söhbətlərə də dünən təsdiqini tapmaqla son qoyuldu

"Sahil Babayevin Maliyyə Nazirliyi: Sosial Narazılıqlar"
```html

Son günlər yerli mediada Sosial Müdafiə Naziri Sahil Babayevin yaxın günlərdə Maliyyə naziri vəzifəsinə təyin olunacağı ilə bağlı müzakirələr getməkdə idi. Artıq bu xəbərlər dünən təsdiqini taparaq son qoyuldu. Sahil Babayev Maliyyə naziri təyin olundu. Bu barədə Prezident İlham Əliyev 06.02.2025-ci il tarixində sərəncam imzalayıb.

Belə deyiblər, "buraları bay elədik, qaldı Maliyyə Nazirliyi"... Demək olar ki, Sosial Müdafiə Nazirliyinə tabe bütün idarələr əvvəllər də "rüsvətxar" fəaliyyəti ilə vətəndaşlar arasında davamlı narazılıqlar yaradırdılar. Lakin, 2020-ci ildən baş verən ikinci Vətən müharibəsindən sonra sanki bu idarələrdə rəhbər vəzifələrdə çalışanlarda insanlara - xüsusilə də müharibə veteranları və qazilərə qarşı bir kin, aqressiya yarandı.

2021-ci ilin əvvəlində güya saxtakarlığın qarşısını almaq məqsədilə çoxsaylı insanlara pensiya və ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Onlara yenidən müraciət etmələri və bir daha komissiyadan keçmələri tövsiyə edildi. Kimlərin ki, yaxınları, qohumları Dövlət Sosial Müdafiə fondları, məşğulluq və Sosial Müdafiə Nazirliyinin digər idarələrində çalışırdısa, onlar bu yaxınlığın bəhrəsi olaraq, yenə də əvvəlki qayda ilə dövlət büdcəsindən yararlanmaqda davam etdilər. Lakin bir çox həqiqi ehtiyaclı insanlar DSMF, məhkəmə qapılarında qalmaqdan yorulub, susdular.

Cəbrayıl rayonunun Horovlu kənd sakini, eyni zamanda birinci Vətən müharibəsində 5 il cəbhədə xidmət edən Hikmət İsgərov, dövlətdən verilən kiçik müavinətdən də yararlanmağı özünə çox görərək, müraciət etdi. O, bildirir ki, "2000-ci il təvəllüdlü oğlum İsgərov Nihat Hikmət oğlu uşaq yaşlarında ağır xəstəliklər keçirdiyi üçün çənə dişləri tamamilə yararsız haldadır. Bu səbəbdən də bütün dişləri protezlə əvəz olunmuşdur və eyni zamanda travmatologiya institutunun rəyinə əsasən bel onurğa sütununda 17 dərəcə deformasiya var".

O, valideyn Hikmət İsgərov daha sonra qeyd edir ki, "Bu mərhələlərdən sonra, yekun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzində keçirilən qeyri-obyektiv müayinənin nəticəsində ədalətsiz qərar verərək, oğlumun hərbi yararlı olduğu qeyd edilmiştir".

Valideyn, Hərbi Komissarlığa etiraz edərək, komissiyanın yenidən və onun iştirakı ilə keçirilməsini tələb edir. Lakin, müraciətinin nəzərə alınmadığını və verilən ədalətsiz qərarın qüvvədə saxlanmasına dair Cəbrayıl rayon Hərbi Komissarlığına məlumat verildiyini bildirir.

Hüquq müdafiəçisi olaraq, bu cür ədalətsiz qərarların aradan qaldırılması və bu məsələnin kökündən həll olunması üçün Prezident İlham Əliyevə müraciət olunmuşdur. Ümid edirik ki, bu məsələlər qısa zamanda həll olunacaq və saxta əməllər törətmək meyilli şəxslər qanunla müvafiq qaydada cəzalandırılacaq.

(DogruXeber.az) Mövzunu davam etdirəcəyik.

```