"Konstitusiya 2025: İcraat və insan hüquqları"

Prezident 2025-ci ili Konstitusiya və suverenlik ili elan edib. Bu il, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiyanın qüvvədə olacağına dair böyük ümidlər var. Bilik, onlarla ildir icra olunmayan məhkəmə qərərlərinin icrasının təmin olunması, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını qorumaq, vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi nəzərdə tutulur. Amma məmurların vicdansız davranışları və özbaşınalıqlarına son qoyulması məqsədilə heç bir addım atılmır.
Bu sətirlərin müəllifinin pensiyasına 1BIIM-in (hazırda Bakı İnzibati Məhkəməsi) 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/2017 N-li Qərarı (h. Elçin Məmmədov) ilə əlavə olunan 110 manatin verilməsi 6 ildən sonra, 01.04.2023-cü ildən etibarən borclu olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən özbaşına dayandırılıb. Son 22 aydır ki, bu vəziyyət davam edir, dövlət, Konstitusiyaya hörmətsizlik edərək icra, qanunverici, məhkəmə hakimiyyətləri, prokurorluq, Ombudsman, Hesablama Palatası... bu məsələyə son qoymaq istəmir, hərəsi "sosial rüsvət paketini" alıb susur.
Bakı İnzibati Məhkəməsində "İnzibati mübahisə üzrə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının dayandırılmasından doğan maddi-mənəvi ziyanın ödənilməsi" tələbi ilə borclu cavabdeh olan DSMF-yə qarşı (ötən ilin sonlarında) iddia qaldırılıb. İş üzrə 10.02.2025-ci il üçün hazırlıq iclası təyin edilib. Elektron kabinetdə iş tələbkar qazinin iddia tələbinə borclu cavabdehin adından DSMF-in Məhkəmə Mübahisələri üzrə İdarəsinin (departament müdiri Yeganə Məmmədova və baş mütəxəssis Gülnar Həzi-zad?) 06.02.2025-ci il tarixli 7 vərəqlik iddiaya aid olmayan etirazı yerləşdirilib. Bu etiraz, bir daha borclu DSMF-in pensiya filialının özbaşınalığını, vicdansız davranışını ortaya qoyur.
Birincisi, cavabdeh-borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır, Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri üzrə İdarə deyil! İkincisi, tələbkar qazinin iddia tələbi "məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından doğan maddi-mənəvi ziyanın ödənilməsi" haqqındadır. Lakin borclu bu tələbi saxtalaşdıraraq "ödənilməmiş pensiya məbləğinin ödənilməsi" deyərək təqdim edir. Bu, cavabdehın özbaşınalıqla iddiaçının tələblərini dəyişdirmək, cibinə uyğunlaşdırmaq hüququnu nəzərdə tutmur. Vətəndaş, Konstitusiyanın 129-cu maddəsinə əsasən, dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icrasını tələb edir. 60, 68-ci maddə ilə təminat verilmiş məhkəmə müdafiəsi, özbaşınalığı istisna edən vicdanlı davranış hüququnu axtarır, məhkəmədə də özbaşınalıq və dələduzluqla üzləşir.
Son olaraq, DSMF-in, Sosial Xidmətlər Agentliyinin hüquq doktorlarının hüquqa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliklərinə Konstitusiya və suverenlik ili çərçivəsində son qoyulacaqmı? Yoxsa "suveren məmurların öz cib konstitusiyaları" qüvvəsini saxlayacaq? Yalnız zaman göstərəcək. (Teref)
Məğrur Bədəlsoy
Qarşı tərəfdən mövqeyini dərc etməyə hazırıq!