"MTK 2025: İlham Əliyev və Paşinyan görüşü gözlənilir"

61-ci Münhen Təhlükəsizlik Konfransı (MTK) 14-16 fevral 2025-ci il tarixlərində Almaniyada keçiriləcəkdir. Konfransda 60-dan çox dövlət və hökumət başçısının iştirak etməsi gözlənilir. Arazmedia.az saytının məlumatına görə, Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Heusgen konfransa sədrlik edəcək, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu konfransı açacaq. Konfransda öncəliklə Ukraynada müharibənin sona çatması müzakirə olunacaq.
Konfransın təşkilatçıları qeyd edir ki, MTK 2025-ci ildən etibarən baş tutacaq, yeni ABŞ administrasiyası yanvarda vəzifəyə gələcək və Brüsseldə Avropa qanunverici orqanının yeni dövrü başlayacaq. Eyni zamanda, konfransdan bir həftə sonra Almaniyada parlament seçkiləri keçiriləcək. Məlumata görə, Donald Tramp administrasiyası Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq planını təqdim edəcək və bu planı Keyt Kelloq təqdim edəcəkdir.
ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Münhen konfransında sülh planı təqdim edəciyini, amma mediada yayılan məlumatların doğru olmadığını açıqlayıb. Konfrans öncəsi maraqlı xəbərlər yayılır. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Gündəmə düşən konfransın başlamasından bir gün əvvəl bu məlumatın dərc olunacağı gözlənilir.
Yeni vitse-prezident Ceyms Devid Vens ABŞ-dan konfransa qatılacaq. Həmçinin ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Ukrayna prezidenti Volodimir Zelenskinin də həmin konfransa iştirak edəcəyi düşünülür. Kanslerliyə namizədlər də Münhen konfransında iştirak edəcəklər: hazırki kansler Olaf Şolts, CDU-nun namizədi Fridrix Merz, Yaşılların namizədi Robert Habeck və Azad Demokratlar Partiyasından Kristian Lindner.
Konfransda NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Mezzola, Avropa Şurasının sədri Antonio Kosta, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius və digər tanınmış şəxslərin də iştirak edəcəyi gözlənilir.
Azərbaycan və Ermənistan liderləri konfransda iştirak edəcəklərini rəsmi olaraq açıqlamasalar da, bəzi məlumatlara görə, həm İlham Əliyev, həm də Nikol Paşinyan Münhen şəhərində olacaq. Hər iki liderin Münhen Təhlükəsizlik Konfransı platformasında zəngin görüş təcrübəsi mövcuddur. Almaniyanın bu şəhərindəki konfranslarda hər iki liderin görüşləri silsiləvi olaraq 2020-ci ildən başlayıb. Onlar ABŞ-Rusiya Fondunun prezidenti Selest Uolenderin moderatorluğu ilə "Dağlıq Qarabağ üzrə yenilik" mövzusunda müzakirələrdə iştirak ediblər.
Həmin müzakirədən sonra Paşinyan "Facebook" səhifəsində "Münhen prinsipləri" adlı 6 bəndlik yazı dərc edib, lakin sonrakı illərdə həmin prinsiplərdən heç biri yerinə yetirilməmişdir. Üstəlik, həmin müzakirədən və Münhen prinsiplərindən bir neçə ay sonra Qarabağ müharibəsi başlamışdır. 2022-ci ildə keçirilən konfransda da Paşinyan iştirak edib. İlham Əliyev 2023-cü ildə ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Münhen Təhlükəsizlik Konfransında Paşinyanla görüşüb. Ötən il, 2024-cü ilin fevralında da hər iki lider Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münhen şəhərində görüşüblər. Bu görüş, Brüssel danışıqları formatının iflasa uğradığı və Qərbin danışıqlar platformasını bərpa etməyə çalışdığı mərhələ idi.
Azərbaycan və Ermənistan liderlərinin bu dəfə Almaniya tərəfində təşəbbüsü ilə yaxud birbaşa formatda yenidən görüşə biləcəyi istisna edilmir. Münhendən əvvəl Paşinyan ABŞ-da 4 günlük işgüzar səfərdə olub və hal-hazırda Parisdədir. Paşinyan artıq Fransa prezidenti Emmanuel Makronla görüşüb və orada Süni İntellekt Fəaliyyəti Sammitində iştirak edəcək. Bundan əlavə, Paşinyan ABŞ və Fransaya səfərləri arasında İrəvan-Bakı münasibətlərinin cari durumu ilə bağlı müxtəlif mesajlar verərək, Münhendə gözlənilən mümkün görüş üçün zəmin hazırlamağa çalışdığını istisna edilmir.