Müdafiə Nazirliyində korrupsiya işi: Məhkəmə prosesi başlayır

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir

Müdafiə Nazirliyində korrupsiya işi: Məhkəmə prosesi başlayır
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçinovun məhkəməsi gedir. Onlar dövlət vəsaitlərini mənimsəmək və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs ediliblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələnin tamamilə həll etməyə imkan vermir.
Məmmədov və Laçinov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbsə bağlı olmayan cəza da təyin edilə bilər.
Amma istənilən halda məsələnin daha qəliz birə çevrildiyi müşahidə olunur.
İlkin məlumatlara görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi olmuş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib.
General müstəntiqin çağrısı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorgu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elmar Məmmədov və Rəhim Laçinovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu bildirib.

İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavinin adının məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedisində ehtiyac yaranarsa, N. Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilməyi mümkündür.
Yaxın günlərdə E. Məmmədov və R. Laçinovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.
Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da lğv edilib.