"Şəhid atası qanunsuz torpaq ələ keçirməyə etiraz edir"

Şəhid atası Səfərov İrzəxan Həmzəxan oğlu Analoq

"Şəhid atası qanunsuz torpaq ələ keçirməyə etiraz edir"
Səhid atası Səfərdov İrzəxan Həmzəxan oğlu, Analoq.az-a müraciət edərək, ona məxsus 0.06 ha həytıyanı torpaq sahəsinin Masazır Bələdiyyəsi tərəfindən zəbt edilib qanunsuz əl keçirilməsini bildirib. Qeyd edək ki, İrzəxan Səfərdov, Masazır Bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən, alqı –satqı müqaviləsi ilə Islamova Zümrüd Rəsid qızına verilmiş 0.06 ha həytıyanı torpaq sahəsini notarial qaydada 24.12.2004-cü ildə almışdır. İrzəxan Səfərdov, müvafiq çıxaş almaq üçün İqtisadiyyat Nazirliyinin yanında Dövlət Əmlak Məsələləri Xidmətinə müraciət etdikdə, 4 saylı Abşeron ərazi İdarəsinin rəsmi cavabını almışdır. Bu cavabda, sözü gedən torpaq sahəsinin başqa şəxslərə aid olduğu bildirilmiş və buna görə onun müraciəti imtina edilmişdir. Eyni zamanda İrzəxan Səfərdov, Masazır Bələdiyyəsinin, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyev ilə əlbir olub, onun qanuni şəkildə aldığı torpaq sahəsini başqa şəxsə satdıqlarını iddia edir. Biz, Abşeron rayonu Masazır Bələdiyyəsinin ötən dövrü sədri Elsad Sadiqov ilə əlaqə saxlayaraq, bu problemin mövcud olduğunu öyrənmişik. O, əlavə edərək bildirdi ki, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Lakin məsələnin mahiyyəti və səbəbləri ilə bağlı daha ətraflı cavab vermək üçün Bələdiyyənin hüquqşünası bizimlə əlaqə saxlayacaq. Lakin hələlik bu əlaqə baş tutmadı. Səfərdov İrzəxan, ölkə başçısına və bir çox dövlət qurumlarına, o cümlədən redaksiyamıza göndərdiyi şikayət ərizəsində, Masazır Bələdiyyəsinin qarşısında intihar etmək mesajını da göndərmişdir. Bu durum, Prezident İlham Əliyevin "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalqın xidmətçiləridir" ifadəsi ilə daha da ön plana çıxır. Elsad Sadiqov, Səhid atası İrzəxan Səfərdovun və Masazır sakinlərinin problemlərinin yanında olmalıdır. Çünki, Sadiqov, ölkədə keçirilən şəffaf bələdiyyə seçkilərində səsi ilə xalqın nümayəndələri arasında yer almışdır. Bütün bunlardan sonra, ümid edirik ki, səhid atasının problemi obyektiv şəkildə araşdırılacaq və həllini tapacaq.