"Baxçada uşağa diqqət edilmədiyi iddia olunur"
Azərbaycan Reallığına video müraciət göndərən sosial şəbəkələrdə blogger Alisa-999 kimi tanınan Aysel Musayeva Xətai rayonu Seyid Əzim Şirvani küçəsi 3a ünvanda yerləşən Balım Uşaq Baxçasına qarşı bir sıra ittihamlar səsləndirib
"Baxçada uşağa diqqət edilmədiyi iddia olunur"

"Az?rbaycan Realligi"na video müraciət göndərən blogger "Alisa-999" kimi tanınan Aysel Musayeva, Xətai rayonu, Seyid Azim Sirvani küçəsi 3a ünvanında yerləşən "Balim Uşaq Bağçası"na qarşı bir sıra ittihamlar irəli sürüb. O, bildirir ki, 2 yaşlı övladını yaşadığı ünvanın yaxınlığında yerləşən sözügedən bağçaya qoyub, bunun müqabilində ondan heç bir rəsmi sənədləşmə işləri aparılmayıb.
İlk öncə 15 gün üçün 345 manat ödəyən Aysel Musayeva, bu müddət ərzində hər şeyin qaydasında olduğunu qeyd edir. Lakin ikinci ayın ödənişi üçün kart hesabından daha 450 manat bağçanın kartına köçürdüyü zaman, bununla bağlı rəsmi heç bir sənəd almadığını bildirir. Təhminən 10 gün keçdikdən sonra övladında problemlər başlamağa başlayıb: bir gün gözünün altında qızarıqla evə gəlib, bir başqa gün isə saçının yolunmuş halde olduğunu görüb. Bu problemlər günbəgün artıb və uşağın göbəyinin altında da qıcıqlanma görüldüyünü əlavə edib.
Aysel, "Qəbul şöbəsi"ndə oturan xanıma şikayet və iradlarını bildirsə də, bununla bağlı hər hansı bir dönüş olmadığını qeyd edir. Baxçanın direktoru Sabinə xanımla yaxınlaşıb uşağın vaxtında baxılmadığını, bütün problemləri dilə gətirdiyi zaman o, narahat olmamalı olduğunu bildirir. Ancaq bir gün uşağı evə göndərdikdən sonra, baxıcıya qışqıraraq uşağın pampersinin açıldığını, natəmizlik və üfunət iyinin olduğunu dilə gətirib.
Səhəri gün uşağı bağçaya göndərməkdən imtina edən Aysel, bağçaya yaxınlaşıb etiraz edir və uşağın vaxtında yıxılması ilə bağlı sübutları tələb edir. Ailəsi ilə birlikdə getdiyində, onlara hörmətsizlik edilib otaqdan çıxarıldıqlarını bildirir. Direktor Sabinə xanım, Aysel'in bacısını təhqir etdiyini, köməkçisi tərəfindən isə onlara səviyyəsiz və mədəniyyətsiz ifadələr işlədildiyi qeyd olunur.
Bu olaylarla bağlı hüquq-mühafizə orqanlarına şikayətlər etdiyini, bütün problemlərini bildirdiyini deyir. Lakin nağd ödənişlərindən ona heç bir formada geri dönüş olmadığını, 345 manat və 450 manat ödədiyi halında rəsmi bir çek alınmadığını vurğulayır. Sadəcə bir kağız verilib, orada da onun ad-soyadı yazılıb.
Balim Uşaq Bağçası Aysel Musayeva ilə qarşılıqlı olaraq şikayət edir, guya ki, o, onları təhqir edib. Lakin Aysel, özü tərbiyə və mədəniyyət sahibi olduğunu, kimisə təhqir etmədiyini bildirir. O, burada valideynlərə səslənərək, "Əziz valideynlər, əgər uşaqlarınızla bağlı vaxt ayıra bilmirsinizsə, o zaman Balim Uşaq Bağçası kimi yerlərdə uşaqlara diqqət yetirin" deyir.
Uşaq valideynlərinə xəbərdarlıq edən Aysel, qeyd edir ki, Bağça pul alır, lakin uşaqlara baxmır. Öz övladını oradan çıxardığını, lakin ödədiyi pulu qaytarmadıqlarını bildirir. Uşağının baxçadan çıxarılması ilə də, "Deyirlər get, hara deyirsən de, ödəniş etməyəcəyik." Bu səbəbdən də başına gələnləri sosial platformalarda paylaşma qərarına gəldiyini qeyd edir.
Daha ətraflı videoreportajda:
"Az?rbaycan Realligi" olaraq səsləndirilən ittihamlarla bağlı qarşı tərəfi də dinləyib, mövqeyini dərc etməyə hazırıq.
"Az?rbaycan Realligi" olaraq səsləndirilən ittihamlarla bağlı qarşı tərəfi də dinləyib, mövqeyini dərc etməyə hazırıq.