"Amal Group: Tikinti İslərlə Bağlı Qanunsuzluqlar!"

Amal Qrup MMC, 2024-cü ilin may ayında Qubadlida Zilanlı kəndinin tikinti quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub. Nəticələrə əsasən, Amal Group Qubadlının Mahrizli və Zilanlı kəndlərini inşa etməli və hətta bir müddət öncə təhvil verməliydi.
Yenixeber.org: Ancaq şirkət dövlətdən aldğı pulları mənimsəyərək digər yarım qalmış işlərə yönləndirib, aylarla ərazidə tikinti işlərini həyata keçirən şirkətləri isə ödənişlərini verməyib. Nəticədə, yüzlərlə işçi zəhmətinin haqqını ala bilmədiyi üçün Qubadlida etiraz aksiyaları keçirmiş, ödənişlərini almayacaqları təqdirdə özlərini yandıracaqları ilə hədələmişlər. Baş verən hadisələr video lentə alınaraq sosial şəbəkələrdə paylanılmışdır.
Ancaq etiraz aksiyaları "tez bazar" yatdırmaq, baş verən qanunsuzluqların çox "səs küyünün" çıxmamasını arzu edən Amal Group rəhbərliyi hardansa bir neçə yüz min manat pul taparaq qanunsuz şəkildə işçilərə ərazidə nəqd ödənişlər həyata keçirərək ödəmələr edib. Halbuki bu qanunsuzluq him də cinayət faktıdır.
Şirkətin qanunsuzluqları bununla bitməyib, müqavilə imzaladığı şirkət və subpodratçı şirkəti də 3 ay ərazidə ağır şərtlər altında işlətmiş, onların da gördüyü işi heçsayaraq ödənişlərini həyata keçirməyib. Nəticədə, Upsilon MMC həm işçilər, həm də dövlət qarşısında ciddi şəkildə borclanmışdır. Məhz bu səbəbdən Upsilon şirkətinin 200.000 manatdan çox dövlətdən borcu yaranmışdır.
Bütün bunlardan ötəri, dövlətin vasitələrini məqsədinə uyğun xərcləmədiyi üçün Amal Group qanunsuzluq etmişdir. Artıq bununla bağlı rəsmi strukturlara Upsilon MMC rəhbərliyi tərəfindən müraciət olunmuşdur. Bu azmış kimi, şirkət digər bölgələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin işə götürdüyü briqadalara da ödəniş etməmiş, "arxamda gücüm var" deyərək hər kəsə meydan oxumaqda, meydan sulamaqdadır. "Burda mənim Bağdadda kor xəlif?" misalı ilə davranan şirkət bu günə qədər Upsilon şirkətinə yaranmış olan 2 milyona yaxın vəsaiti ödəməkdən boyun qaçırır.
Bu azmış kimi, Upsilon şirkətinə məxsus əmlakları mənimsəyən, özlərində faktiki girov saxlayan Amal Group rəhbəri Orxan İbrahimli nə qanun tanıyır, nə qayda. Yalnız hər bəhanə ilə ödəməkdən imtina edən, başqa şirkətə məxsus avadanlığı mənimsəyən, faktiki olaraq girov saxlayan və öz qaydalarına diqtə etməyə çalışan Orxan İbrahimli vəzifə səlahiyyətlərindən istifadə edərək nə müqavilə şərtini əməl edir, nə də Upsilon MMC-yə məxsus əmlakları qaytarmaqdan imtina edir.
İndi sual olunur, dövlət vəsaitini məqsədinə uyğun xərcləməyən, tenderdən qazandığı pulu iş icra edən şirkətə ödəməyən, subpodratçının inventarlarını girov saxlayan və ya mənimsəyən şirkət öz qanunsuzluqlarına necə haqq qazandıracaq və kimə güvənərək bu addımları atır?
P.S. İstənilən şəxslərə bu haqda rəsmi sübutları təqdim etməyə də hazıram.
Rəsad Quliyev: Upsilon MMC-nin səlahiyyətli nümayəndəsi
Xalqxeber.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.
```