"Kənan Qasimov Dövlət Turizm Agentliyindən işdən çıxarıldı"

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb

"Kənan Qasimov Dövlət Turizm Agentliyindən işdən çıxarıldı"
```html

X?b?r verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasimov işdən çıxarılıb.

Buna səbəb kimi agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nagiyevə işində yol verdiyi nöqsanlara görə sığdətli töhmət elan edib.

AZXEBER.COM işdən azad edilən Kənan Qasimovun 2011-ci ildə "Amerikanın Səsi" radiosuna verdiyi müsahibəsinin bəzi hissələrini təqdim edir.

O dövrlərdə "Transparency International" təşkilatının qolu olan "Səffaflıq Azərbaycan" təşkilatının Media və İctimai əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasimov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb.

Jurnalistin "Korrupsiya əsasən hansı sektorlarda qeyd olunur?" sualına o belə cavab verib: "Azərbaycanda insanlar daha çox polisdə rüsvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədilər. Amma onu da deyə bilərəm ki, 'Səffaflıq Azərbaycan' təşkilatı tərəfindən həyata keçirilən 'ALAC' layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında aldığımız rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb."

"Amerikanın Səsi" redaksiyasının "Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub" sualına K.Qasimov belə cavab verib: "Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya 'Transparency International' təşkilatının adının salınmasının heç bir halda məntiqi izahı yoxdur. Ona görə ki, 'Transparency International' təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABS təşkilatı kimi göstərilməsinin nə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu heç bir halda reallığı əks etdirmir."

Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə "Transparency International/Azerbaijan" təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyəti nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Onun Fuad Nagiyev tərəfindən qısa müddət ərzində strateji vəzifələrə təyin edilməsi ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi tutan "Transparency International" təşkilatında işmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

"Dövlət Turizm Agentliyində Fuad Nagiyevin ətrafı davamlı şəkildə xidmət məlumatlarını müxtəlif təşkilatlara, şəxslərə sizdiriblər," - iddialarda deyilir.

```