"Avtomobil Yollarında Kütləvi İxtisar Təhlükəsi"

“Az?rbaycan Avtomobil Yollari Dövl?t Agentliyi 1 ?-li Xüsusi T?yinatli Yol Istismari” MMC-d? kütl?vi ixtisarlar baş verəcəyi bildirilir. Bu bar?d? AFN.az-a MMC-d? çal??an insanlar məlumat verib. Onlar ixtisarların 30 faiz təşkil edəcəyini bildirərək qeyd ediblər ki, rəhbərlik tərəfindən əmr verilib ki, işçilər öz ərizələrini yazsınlar.
Fəhlələr, “Biz ərizə yazmaq istəmirik, sizlərdən rəsmi bildiriş istəyirik. Ancaq rəsmi bildiriş göndərilmir. Dünən iclas keçirilmişdi və bizə deyildi ki, “tez olun, ərizələrinizi yazın, sizi gözləyirik.” MMC-nin rəhbəri Etibar Kərimov və onun müavini bildirib ki, “Az?ravtoyol”un büdcəsində işçilərə kompensasiya verməyə pul yoxdur, ona görə də rəsmi bildiriş göndərilmir.”
Sikayətçilər idarədə “aramı qatanlardan” biri kimi Yeganı adlı baş mühasibi göstərirlər. “Rəhbərliyin sözünü o çatdırır bizə. O da deyir ki, büdcədə pul olmadığından bildiriş göndərib ixtisara sala bilmirik. Deyirik, heç olmasa, sənədlərimizi təqdim edin ki, işsizlik müavinəti ala bilək, lakin ondan da imtina edirlər.”
Qeyd edək ki, müvafiq idarənin kurasiyası Az?rbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini İzzət Qocayevdir. “1 ?-li Xüsusi T?yinatli Yol Istismari” MMC-nin rəhbəri isə Etibar Kərimovdur. Şikayətçilər Etibar Kərimovu İzzət Qocayevin adamı kimi təqdim edirlər və onun sədr müavininin nəvə-sinin kirvəsi olduğunu iddia edirlər.
Məsələ ilə bağlı “1 ?-li Xüsusi T?yinatli Yol Istismari” MMC-nin rəhbəri Etibar Kərimov AFN.az-a açıqlamasında bildirib ki, işçilərə ixtisarla bağlı heç bir təsdiqlənmiş məsələ yoxdur. “Rəhbər mənim, iclası da mən çağırmalıyam. Amma mən hələ bir iclas keçirməmişəm. Bizim işçiyə ehtiyacımız var, ixtisar söhbəti yoxdur.”
```