"Azərbaycanda İlham Əliyev və Mixeil Kavelasvili görüşü"
Aprelin 15-16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ölkəmizdə səfərdə oldu
"Azərbaycanda İlham Əliyev və Mixeil Kavelasvili görüşü"

Aprelin 15-16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Prezidenti Mixeil Kavelasvili ölkəmizdə səfərdə oldu. Bu səfər, iki ölkə arasında əlaqələrin daha da inkişafına və qarşılıqlı əməkdaşlığın dərinləşməsinə öz növbəti töhfəsini verəcək.
Ölkə başçısı İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelasvili ilə birgə mətbuata verdiyi bəyanat da bunun bir daha təsdiqidir. Prezident qeyd edib ki, “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır.”
Prezident İlham Əliyev, siyasi əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli təmasların müntəzəm xarakter daşıdığını və siyasi dialoqun fəal olduğunu qeyd edib. O vurğulayıb ki, iki dost, qardaş ölkə sözün əsl mənasında bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün əhəmiyyətli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı, “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət kəsb edən layihələrdir,” - deyib.
Dövlətimizin başçısı, “Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir,” - söyləyərək, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlərin, yeni inşa olunmuş dəmir yollarının, limanların həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratdığını və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.
Öz növbəsində, mətbuata bəyanatında Mixeil Kavelasvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxsərhədli dostluq və ümumi düşünülmüş siyasət bizim regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.
Gürcüstanın Prezidenti qeyd edib ki, “Ümid edirəm, bizim ümumi gələcəyimiz uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dirnaqarası liberal döyümlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər.”
Aysel Mənsimova - politoloq
Aysel Mənsimova - politoloq