"Prezident İlham Əliyev Çinə səfərdə yeni əməkdaşlıq"

Prezident İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri, səfər çərçivəsində imzalanan 20-dən artiq sənədlər münasibətlərin daha da genişlənməsinə səbəb olacaqdır. Səfər çərçivəsində Prezident İlham Əliyev Pekində Çinin China Global Television Network telekanalına müsahibə verib.
Pekinin sözügedən telekanalına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. "Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur", - deyə dövlət başçısı vurğulayıb. Ötən illər ərzində dünyanın, o cümlədən Azərbaycanın dəyişdiyini qeyd edən Prezident yeni prioritetlərin dəyişmədiyini də bildirib.
Müsahibəsində iki dost dövlət arasındakı münasibətlərin bir çox istiqamətinə toxunan dövlət başçısı, "Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərdən birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm" - demişdir. Ölkələr arasında siyasi əlaqələri müzakirə edən Əliyev, "Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəyliyin və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik" - qeyd edib.
Prezident İlham Əliyev, Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələrdən biri olduqlarını da dilə gətirib. Müsahibədə ticarət, daşımalar, xalqarası əlaqələr və humanitar tərəfdaşlıq kimi məsələlərə də toxunulub ki, bunlar birgə təşəbbüsünün nəticəsidir. "Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyannamənin imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir", - deyə Əliyev əlavə edib. O, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və bəzı Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyannamələr imzaladığını, lakin Çin ilə imzalanan bəyannamənin onların içində ən güclüsü olduğunu qeyd edib.
Müsahibədə həmçinin təhsil sahəsindəki əlaqələrə də toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev, onların sayının artacağına əminliyini ifadə edib. "Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənn edirəm ki, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olacaqdır. Hazırda biz bu imkanın inkişafı mərhələsindəyik", - deyə o əlavə edib. Əliyev, "İnsanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur" - əlavə edib.
Müsahibənin sonunda Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
Emin Abbasov
Abşeron RİH başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi