Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq” - FOTO
Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq” - FOTO
Türkiyə MN: “Şanlı Ay-Ulduzumuz Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq” - FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan ordusunun Kəlbəcərə daxil olması münasibəti ilə paylaşım edib.
Nazirliyin “Twitter” hesabından edilən paylaşımda qeyd olunur ki, Kəlbəcər əsl sahibləri ilə görüşür:
“Qəhrəman Azərbaycan ordusu Qarabağda əldə etdiyi böyük zəfərdən sonra əldə edilən razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra əsl sahibləri ilə görüşür. Şanlı Ay-Ulduzumuz indi də Azan sədaları ilə birgə Kəlbəcərdə dalğalanacaq”.