"Neftçi" "Zirə"ni qəbul edir - YENİLƏNİR

ÜMİDTV: Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
İlk oyun günündə 1 qarşılaşma baş tutacaq.
Günün yeganə matçında “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edəcək. Flaqman 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan Rəşad Sadıqovun yetirmələri isə 2-ci sırada yer alıblar. Son 6 oyunda “Zirə” qələbə qazanmayıb. “Neftçi” ardıcıl 6 ev matçında qol vurub.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan “Sumqayıt” – “Qəbələ” matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb. “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” oyunları noyabrın 29-da keçiriləcək
28 noyabr (şənbə)
Azərbaycan Premyer Liqası
XI tur
16:00. “Neftçi” – “Zirə”
Hakimlər: VÜQAR HƏSƏNLİ, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”.