Kəlbəcərə komendant təyin edildi
Kəlbəcərə komendant təyin edildi
Kəlbəcərə komendant təyin edildi

ÜMİDTV: “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.
Bunu Report-a açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib.
O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:
“Daxili işlər nazirinin müvafiq əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenant Haqverdi Əkbərov komendant təyin edilib”.