Türk Şurasının iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü keçirilib - FOTO
Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.
Türk Şurasının iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü keçirilib - FOTO

ÜMİDTV.com: Videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi.
Tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.