Ucarda müalicə aldıqları ünvanı tərk edən iki koronavirus xəstəsi aşkarlandı
Ucarda müalicə aldıqları ünvanı tərk edən iki koronavirus xəstəsi aşkarlandı
Ucarda müalicə aldıqları ünvanı tərk edən iki koronavirus xəstəsi aşkarlandı

Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirusa yoluxan və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk edən iki rayon sakini - M.Məmmədov və B.Babayev müəyyən ediliblər.
Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar.
Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.