Rusiya dünyada koronavirusa yoluxanların sayına görə beşinci sıraya yüksəldi
Rusiyada ötən gün ərzində 11 231 nəfər koronavirusa yoluxub, xəstələnənlərdən 88-i isə ölüb.
Rusiya dünyada koronavirusa yoluxanların sayına görə beşinci sıraya yüksəldi

ÜMİDTV.com: Rusiyada ötən gün ərzində 11 231 nəfər koronavirusa yoluxub, xəstələnənlərdən 88-i isə ölüb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında məlumat verilir.
Ümumilikdə, ölkədə koronavirusa 177 160 nəfər yoluxub.
Bununla da, Rusiya ötən gün 1 681 yoluxmanın olduğu Almaniya və 1 742 yoluxmanın qeydə alındığı Fransanı keçərək, koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında beşinci olub.
Qonşu ölkədə son 24 saat ərzində koronavirusa yoluxan 2 476 nəfər, ümumilikdə isə 23 803 xəstə sağalıb.