Bu ölkədə beş mindən çox polis əməkdaşı koronavirusa yoluxub
ABŞ-da - Nyu-Yorkda 40-dan çox polis əməkdaşı COVID-19 pandemiyasından həyatını itirib.
Bu ölkədə beş mindən çox polis əməkdaşı koronavirusa yoluxub

ÜMİDTV.com: ABŞ-da - Nyu-Yorkda 40-dan çox polis əməkdaşı COVID-19 pandemiyasından həyatını itirib.
Bu barədə ABC telekanalına müsahibəsində Nyu-York Polis İdarəsinin komissarı Dermot Şi məlumat verib.
D.Şi bildirib ki, təkcə ötən gün üç asayiş keşikçisi COVID-19-un qurbanı olub.
ABC telekanalının araşdırması nəticəsində məlum olub ki, ümumilikdə polis əməkdaşları və polis idarələrinin mülki işçiləri arasında 5 300 şəxsin yeni növ koronavirus pandemiyasına yoluxduğu aşkar edilib.
Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma sayına görə (1 263 224) siyahıda ilk yerdə qərarlaşıb.