Tovuzda dəhşətli hadisə: Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

Tovuzda dəhşətli hadisə: Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

Tovuzda dəhşətli hadisə: Vurduğu piyadanın öldüyünü bilən sürücünün ürəyi partladı

ÜMİDTV:    Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib. 

Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada, Qovlar şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Ramis Ənvər oğlunu vurub. 

Avtomobilin sürücüsü, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü İmanov Röyal Elcan oğlu dərhal yaralını xəstəxanaya çatdırıb. 

Həkimlərin səylərinə baxmayaraq, R.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. 

Bu xəbərə ürəyi dözməyən R.İmanov da xəstəxanada vəfat edib.