Qadın avtomobilini etirazçıların üzərinə sürdü

Qadın avtomobilini etirazçıların üzərinə sürdü

Qadın avtomobilini etirazçıların üzərinə sürdü

Nyu-Yorkda qadın sürücü avtomobilini etirazçıların üzərinə sürüb. 

Bununla bağlı ABC telekanalı məlumat yayıb. 

Hadisə zamanı yeddi nəfər xəsarət alıb. Onlardan bəziləri xəstəxanaya yerləşdirilib. 

Qadın insidentdən sonra hadisə yerindən qaçmayıb. Onun saxlanılıb-saxlanılmadığı ilə bağlı heç bir məlumat verilmir. 

Qeyd edək ki, Nyu-Yorkdakı etirazlar ABŞ-da polislərin mayın 25-də həbs zamanı afroamerikalı Corc Floydun ölümünə səbəb olmasına qarşı keçirilir.