Gürcüstan iyulda xarici turistləri qəbul edəcək
Gürcüstan koronavirusun yayılması təhlükəsi ilə bağlı tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırır.
Gürcüstan iyulda xarici turistləri qəbul edəcək

ÜMİDTV.com: Gürcüstan koronavirusun yayılması təhlükəsi ilə bağlı tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırır.
“Sputnik Gürcüstan” bununla əlaqədar ölkənin Baş naziri Giorgi Qaxarianın açıqlamasına istinadla xəbər yayır.
Nazir bildirib ki, ölkə iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq.
Bu o deməkdir ki, Gürcüstan koronavirusun yayılması təhlükəsi səbəbindən kəsdiyi quru və hava əlaqələrini bərpa edəcək:
“İyunun 15-dən etibarən Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq, eyni zamanda turizmdə maraqlı olan ölkələrlə təhlükəsiz dəhlizlər təşkil edəcəyik”.