Bakıda maşın işıq dirəyinə çırpıldı - FOTO
Bakıda maşın işıq dirəyinə çırpıldı - FOTO
Bakıda maşın işıq dirəyinə çırpıldı - FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.
Belə ki, 90-SD-161 dövlət nömrə nişanlı, “Nissan Sentra” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə, avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza səbəbindən sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır.