Göyçayda gənc sahibkar, intihar edib.

ÜMİDTV.com: Hadisə ötən gecə Göyçay rayonunun 49-cu məhəlləsində qeydə alınıb.Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib. O, zəhərləndiyi üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
F.Abdullayevin vəziyyəti ağırlaşdığından ailə üzvləri onu Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə aparıblar.F.Abdullayev həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev Göyçayın keçmiş icra başçısı Mübariz Ağayevə məxsus "Göyçay-Çörək" ASC-nin çörəkbişirmə sexini icarəyə götürərək işlədirdi. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Səbuhi Eltonlu / Ümid Tv Göyçay