SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu
Xəzərdə zəlzələ oldu
SON DƏQİQƏ: Xəzərdə zəlzələ oldu

Bu gün Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3.1 olub.
Yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.
Ocağı 68 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.