ÜST rəsmisindən koronavirusun pik həddi ilə bağlı - AÇIQLAMA
“Dünyada, eyni zamanda, Azərbaycanda koronavirusa yoluxma sayında pik nəticə geri baxanda məlum olur”.
ÜST rəsmisindən koronavirusun pik həddi ilə bağlı - AÇIQLAMA

ÜMİDTV.com: “Dünyada, eyni zamanda, Azərbaycanda koronavirusa yoluxma sayında pik nəticə geri baxanda məlum olur”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
H.Harmancı qeyd edib ki, pik həddin bir dəfə olması yaxşı hal deyil:
“Ölkələr bu cür xəstə artımının altından qalxa bilməz. İnkişaf etmiş ölkələrin bunun qarşısını alması mümkün deyil. Ona görə yoluxma sayında enmə və qalxmaların olması məqsəduyğundur”.