Korotçenko: "İrəvan revanşdan uzaq durmasa, fəlakət olacaq"
Korotçenko: "İrəvan revanşdan uzaq durmasa, fəlakət olacaq"
Korotçenko: "İrəvan revanşdan uzaq durmasa, fəlakət olacaq"

"İrəvan revanşdan uzaq durmasa, fəlakət olacaq".
Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Teleqram" səhifəsində yazıb.
O qeyd edib ki, Ermənistanın başqa əraziləri yoxdur və heç vaxt da olmayacaq:
"Ermənistanın Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə, regional iqtisadi layihələrə daxil edilməsinə ehtiyacı var. Yalnız sülh Ermənistana inkişaf şansı verəcək, yeni müharibə xəyalları isə onu geosiyasi fəlakətə sürükləyəcək".