Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır - FOTO

2021-ci ildə ölkədə ümumi daxili məhsul həcminə dair proqnoz açıqlanıb.
Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən 2021-ci ildə ÜDM-in 3,4 faiz artacağı gözlənilir.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci ildə iqtisadi artım tempinin bərpa ediləcəyi və ÜDM-in real ifadədə 75,8 milyard manata çatacağı proqnozlaşdırılır.
Eləcə də, qeyri-neft sektorunun ÜDM-də payının artacağı da ehtimal edilir.
Vurğulanıb ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiyası sayəsində 2021-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 70,5 faizə, neft sektorunun payının isə 29,5 faizə bərabər olacağı proqnozlaşdırılır.