Bu gün Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşəcək

Bu gün Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşəcək

Bu gün Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşəcək

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçiriləcək.

Bu, ilin son Premyer Liqa matçları olduğundan qış çempionunun da hansı komanda olacağı müəyyənləşəcək.

Qeyd edək ki, qış çempionluğuna namizədlər lider “Neftçi” və ondan bir xal az toplamış “Qarabağ” və “Zirə”dir.

16:00 “Səbail” – “Qəbələ” (PFL-in rəsmi “YouTube” kanalı)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”

16:00 “Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

16:00 “Qarabağ” – “Zirə” (“CBC Sport“)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”

18:00 “Neftçi” – “Keşlə” (“CBC Sport“)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”