Bir gündə 3 medalla təltif olunan qəhrəman - Nəcəfov Nahid

Bir gündə 3 medalla təltif olunan qəhrəman! - Nəcəfov Nahid

Bir gündə 3 medalla təltif olunan qəhrəman - Nəcəfov Nahid

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən, rəşadət göstərən, eləcə də döyüş tapşırığını yerinə yetirərkən fərqlənən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu medal və ordenlə təltif edilib!
"Ümid Tv Azərbaycan" olaraq Ali Baş Komandanın Sərəncamı ilə eyni gündə üç, ümumilikdə isə beş medalla təltif edilən bir qəhrəman hərbi qulluqçumuzdən bəhs edəcəyik!

Əslən Lerik rayonundan olan kapitan Nəcəfov Nahid Səfərəli oğlu "Döyüşdə fərqlənməyə görə medal", "Cəbrayılın azad olunmasına görə medal", "Fizulinin azad olunmasına görə medal", "Xocavəndin azad olunmasına görə medal" və "Zəngilanın azad olunmasına görə medal" ilə təltif edilmişdir. 
Xatırladaq ki qəhrəman əsgərimiz Lerik rayon Millət Vəkili İqbal Məmmədovun yaxın qohumudur! 

Təşəkkür edirik, Ali Baş Komandan!

Bu yüksək ada layiq görülən və hazırda xidmətini davam etdirən hərbi qulluqçularımıza can sağlığı, Şəhidlərimizin ruhuna rəhmət diləyirik. Vətən sağ olsun!

Elcan Məmiyev / Ümid Tv