Xırdalanda avtomobil gənci vurub öldürdü
Xırdalanda avtomobil gənci vurub öldürdü
Xırdalanda avtomobil gənci vurub öldürdü

ÜMİDTV: Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Yolu keçən 1993-cü il təvəllüdlü Qasımov Nasim Nazim oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Hadisənin təfərrüatı Abşeron rayon prokurorluğu tərəfindən araşdırılır.