Müğənni Mətanət Əsədovadan açıqlama gəldi: "Mənə şər atırlar"- YENİLƏNİB

Müğənnidən şəhid analarına hörmətsizlik - 2021-də hər şey yaddan çıxacaq... - FOTO

Müğənni Mətanət Əsədovadan açıqlama gəldi: "Mənə şər atırlar"- YENİLƏNİB

ÜMİDTV:   xəbər verir ki,  sosial şəbəkələrdə paylaşılan "Müğənni şəhid analarına hörmətsizlik etdi"  başlıqlı yazı xəbəri ilə bağlı, müğınni Mətanət Əsədovadan açıqlma gəldi. 

Bu barədə ÜmidTv-yə açıqlama verən müğənni bildirdi ki, onun tərəfindən şəhid analarına heç bir hörmətsizlik olunmayıb, sosial şəbəkədə paylaşılan məlumatlar ona qarşı şər və böhtandır. Müğənni qeyd etdi ki, o, hər zaman şəhid analarına hörmətlə yanaşıb. 

ÜmidTv olaraq mənbəyə istinadən verdiyimiz xəbərə hər bir halda qarşı tərəf mövqeyini açıqlayırsa, açıqlamanı dərc etmək borcumuzdur. 

 

21:00

 

Soial şəbəkədə və bir sıra saytalarda gündəm olan əslən Göyçaydan olan müğənni Mətanət Əsədova, açıq saçıq geyimdə şəhid analarını və qaziləri yeni il münasibətilə təbrik edib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, müğənni bildirib ki, “Mən şəhid analarını və qaziləri unutmamışam, onları təbrik edirəm, 2021-ci ildə hər şey yaddan çıxacaq, onlar da normal həyata dönəcəklər”.

Min bir əziyyətlə böyüdüb boya başa çatdırdığı övladı Vətən yolunda şəhid olmuş analara 2021-də hər şey yaddan çıxacaq deyib onlara təbrik ünvanlamaq,  azərbaycanlıya xas olan xarakter sayıla bilməz.  Bir müddət bundan öncə də müğənni bildirmişdi ki, “Mənim əsgərə və şəhid ailələrinə verəcək pulum yoxdu. Mən kiməsə yalvarmamışdım ki, ailəni başsız qoy get vuruş. Mən Göycayliyam, Qarabağlı deyiləm. Qarabağda yaşamayacam”.

Dəyərli oxucular !

Bizdən yazmaqdır, sizlərdən isə qiymət verməkdir. Allah millətimizi belələrindən qorusun ! Amin !!!

 

Mənbə: https://konkret.az/mugenniden-sehid-analarina-hormetsizlik-2021-de-her-sey-yaddan-cixacaq-foto/
https://demokrat.az/az/news/63155/mugenniden-sehid-analarina-hormetsizlik-2021-ci-ilde-her-sey-yaddan-cixacaq.        https://sozcu.az/mugenni-menim-esgere-ve-sehid-ailelerine-verecek-pulum-yoxdur/