Əhali ATM və POS terminallardan daha çox istifadə etməyə başlayıb

Əhali ATM və POS terminallardan daha çox istifadə etməyə başlayıb

Əhali ATM və POS terminallardan daha çox istifadə etməyə başlayıb

ÜMİDTV:     2020-ci il dekabrın 1-nə olan göstəriciyə görə ATM-lər vasitəsilə 1 milyard 677 milyon manat, POS-terminallar vasitəsilə isə 100 milyon manat nağd pul çıxarılıb.

Mərkəzi Bankdan yaydığı məlumata əsasən, ATM-lər vasitəsilə çıxarılan pulun həcmi ötən ayın göstəricilərinə nisbətən 0,8 faiz, ilin əvvəli ilə müqayisədə isə 32,5 faiz artıb. Ölkədə ATM-lər vasitəsilə aparılan əməliyyatların ümumi sayı 6 milyon 936 mindir.

POS-terminallar vasitəsilə çıxarılan nağd pulun həcmi ötən aya nisbətən 16,3 faiz, ilin əvvəli ilə müqayisədə isə bu həcm 53,8 faiz artıb. POS-terminallar vasitəsilə nağd pulun çıxarılması üzrə əməliyyatların sayı 15 min olub.

Eləcə də, ATM-lər vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 25 milyon manat, POS-terminallar vasitəsilə 226 milyon manat təşkil edib. ATM-lər vasitəsilə 152 minə yaxın nağdsız ödəniş əməliyyatı, POS terminallar vasitəsilə isə 4 milyon 608 min nağdsız ödəniş əməliyyatı həyata keçirilib.