Ehtiyac meyarının artırılması ilə bağlı qanun ikinci oxunuşda qəbul edildi

Ehtiyac meyarının artırılması ilə bağlı qanun ikinci oxunuşda qəbul edildi

Ehtiyac meyarının artırılması ilə bağlı qanun ikinci oxunuşda qəbul edildi

ÜMİDTV:    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.