Yeni bir tarixi qurdu əsgərim! - ELTUN SƏFƏRLİ

Ümid Tv hər zaman olduğu kimi politoloji, şou-biznes və sair mövzulardan əlavə hər zaman gənclərə dəstəyi də ön planda tutur. Bu gün də daha bir gənc, həvəskar şairimiz Eltun Səfərlinin şeirlərini sizlərə təqdim edəcəyik!

Yeni bir tarixi qurdu əsgərim! - ELTUN SƏFƏRLİ

44 günlük müharibə hər bir Azərbaycan vətəndaşının əsl qürur mənbəyinə çevrildi. Hər bir peşə sahibi onu özünə uyğun tarixə yazdı. 
Müğənni mahnısı ilə, yazıçı əsərləri, hekayələri ilə, şair isə şeirləri ilə...
Bəli, bu gün Ümid Tv Azərbaycan olaraq həmin şeirlərdən bir neçəsini oxucularımızın diqqətinə çatdırarıq!
Xatırladaq ki, şeirlərin müəllifi ucqar dağ rayonu olan Lerik rayonunun yetirməsi Eltun Səfərlidir. 

 

Şanlı bir tarixi təzdən yazarıq
erməni adını silib , pozarıq
İti qovan kimi sizi qovarıq
Bizim torpaqlardan çıxmasaz əgər


Kim bizim işlərə qarışa bilər?!
O məğlubiyyətlə barışa bilər!
Hansı qələbədən danışa bilər?
Bir "millət" xalqına vermirsə dəyər


Çalışki Xaliqin önündə əyil!
Tanrını sevməyən qazanmaz xeyir.
Bizə özgələrin dəstəyi deyil,
Allahın Əhli-Beyt nəzəri yetər


Zəfər paradını izləyən hər kəs
Sanki qürur ilə alırdı nəfəs
Qırx dörd gün ərzində qırıldı qəfəs 
Duysun bütün dünya, bizimdir Zəfər

Bil! Sənin uğrunda fədadır canım
Təki bütöv  olsun Azərbaycanım
Vətən, tamamlandı artıq dörd yanın
Qoynuna qayıtdı gözəl Kəlbəcər
*    *     *     *     *     *
Vətəni canından lap çox sevərək 
Vətən keşiyində durdu Əsgərim
Qırx dörd gün ərzində qurtara bildi
Otuz il işğallı Yurdu Əsgərim


Həsrətlə gözlədi illəri hər an
Beləcə dövr etdi tərsinə zaman
Nəhayət topladı Azəribaycan
Xalqı miqdarında ordu Əsgəri(m)


Xalqın ürəyindən silərək qəmi,
Cəbrayıl, Füzuli,Zəngilan həmi
Şuşa,Qubadlıdan qovub düşməni
Yeni bir tarixi qurdu Əsgərim

Çoxları istədi etsin gecini
Aldı düşmənindən xalqın öcünü. 
Gösdərdi hər kəsə Türkün gücünü
Dünyaya damğasın vurdu Əsgərim!

 

Ürəyi vətənpərvərliklə döyünən istedadlı gəncimizə bol uğurlar arzulayırıq!