Qəhrəmanlarımızı tanıyaq - Nuriyev Nicat

Qəhrəmanlarımızı tanıyaq - Nuriyev Nicat

Qəhrəmanlarımızı tanıyaq - Nuriyev Nicat

Ümid Tv Azərbaycan kanalı olaraq hər gün bir neçə qazimiz ilə maraqlanıb, sizlərə tanıtmağa çalışırıq!

Bəli, bu gün isə Biləsuvar rayonundan danışacağıq! Mübariz İbrahimov kimi qəhrəman yetirən diyar yenə yetişdirir!

Bu gün isə qəhrəmanlar diyarı adlandırılan Biləsuvar rayonunun daha bir qəhrəman igidindən bəhs edəcəyik!

Nuriyev Nicat İsaq oğlu 13.03.1989-cu ildə Biləsuvar rayonu "Yuxarı Cürəli" kəndində anadan olmuşdur.  1996-cı ildə Təyyar Əliyev adına Yuxarı Cürəli kənd tam orta məktəbinə getmiş, 2007-ci ildə həmin məktəbi bitirmişdir. 
Daha sonra qəhrəmanımız ADPU-nun "GCH və coğrafiya" fakültəsinin coğrafiya ixtisasına qəbul olunmuşdur.  2011-ci il universiteti bitirdikdən sonra, leytenat kimi Gədəbəydə yerləşən "N saylı hərbi hissədə" xidmətə başlamış, 2013-cü ildə xidmətini başa vurmuşdur. 2020-ci il sentyabrın 21 də yenidən hərbi xidmətə çağırılan Nicat Fizuli uğrunda gedən döyüşlərdə minamyot partlaması nəticəsində yaralanmışdır. Ürəyi dözməyən qəhrəmanımız biraz sağalan kimi yenidən xidmətə getmişdir. Hazırda fəaliyyətini davam etdirir. 

Xatırladaq ki, qəhrəmanımızın döyüş yolu Cənab Prezidentimizin də diqqətindən yayınmayıb. Leytenat Nuriyev Nicat İsaq oğlu Cənab Prezident tərəfindən "cəsur döyüşçü" və "Fizulinin azad olunmasına görə medal ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Qəhrəmanlarımızla fəxr edirik!

Elcan Məmiyev / Ümid Tv Azərbaycan