Sumqayıtda “Lexus” markalı avtomobil piyadanın ölümünə səbəb oldu
Sumqayıtda “Lexus” markalı avtomobil piyadanın ölümünə səbəb oldu
Sumqayıtda “Lexus” markalı avtomobil piyadanın ölümünə səbəb oldu

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberle.com-un məlumatına görə, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Həsənov Şamil Şahalı oğlunu “Lexus” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.