Suriyada ABŞ hərbi patrul xidmətinin əməkdaşlarına hücum olub

Suriyada ABŞ hərbi patrul xidmətinin əməkdaşlarına hücum olub

Suriyada ABŞ hərbi patrul xidmətinin əməkdaşlarına hücum olub

Suriyalılar ABŞ hərbi patrul xidmətinin əməkdaşlarını daş-qalaq ediblər.

Bu barədə Suriyanın Al-Ikhbariya telekanalı məlumat yayıb.

İnsident Suriyanın şimal-şərqində yerləşən Əl-Həsəkə şəhərində qeydə alınıb.

Xatırladaq ki, ABŞ qoşunları 2017-ci ildən etibarən Suriyanın bəzi ərazilərində patrul xidməti həyata keçirir.