Palmali şirkətinə məxsus Lerik gəmisinin kapitanı yayılan məlumatları təkzib etdi-VİDEO

Palmali şirkətinə məxsus Lerik gəmisinin kapitanı MeydanTv-də və sosial şəbəkədə yayılan məlumatları təkzib etdi!

Palmali şirkətinə məxsus Lerik gəmisinin kapitanı yayılan məlumatları təkzib etdi-VİDEO

ÜMİDTV:        Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkədə və MeydanTv-də yayımlanan, güya Palmali şirkətlər Qrupuna məxsus Lerik gəmisində ərzaq olmaması ilə bağlı məlumatlar paylaşılmışdı. 

Cavabı gecikmədi. Lerik gəmisinin kapitanı yayılan məlumatların həqiqətə uyğun olmaması barədə video müraciət paylaşıb. Video müraciətdə Kapitan həmin yalan məlumatlıarın məqsədyönlü qruplar tərəfindən yayımlandığını və həqiqətə uyğun olmadığını bildirib. Gəmi Kapitanı eyni zamanda gəmidən ərzaq fotoşəkillərini paylaşıb. 

ÜmidTv olaraq qeyd edirik ki, bu qaydada yalan məlumatları paylaşan məqsədyönlü qüvvələr, ictimaiyyət arasında yüksək nüfuza malik olan və sevilən vətənpərvər iş adamı Mübariz Mənsimova qarşı yönəlib. Həqiqətə uyğun olmayan məlumatların paylaşılması insanlarda Mübariz sevgisinə təsir edə bilməz. Hər bir Mübarizsevər Vətən oğluna inanır və onu dəstəkləyir. 

Ətraflı video müraciətdə.