Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ

ÜMİDTV.com: Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.
Mayın 18-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.