Koronavirusun “Britaniya ştammı” yeni ölkələrə “ayaq açmaqda” davam
Koronavirusun “Britaniya ştammı” yeni ölkələrə “ayaq açmaqda” davam
Koronavirusun “Britaniya ştammı” yeni ölkələrə “ayaq açmaqda” davam

ÜMİDTV: Vyetnamda koronavirusun “Britaniya ştammı”na ilk yoluxma halı qeydə alınıb.
Bu barədə “VN Express” xəbər yayıb.
Məlumata görə, yeni ştamm dekabrın 22-də Böyük Britaniyadan qayıdan Vyetnam sakinində aşkarlanıb.
Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.
“Britaniya ştammı” 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.